XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2016 - 23:21

Medvedev Rusiya və Türkiyə üçün prioritet məsələni açıqlayıb:"Rusiyanın mövqeyi ondan ibarətdir ki,.."

yildirim

Ümumi Suriya üzrə vəziyyətin normallaşması Rusiya və Türkiyə üçün prioritet məsələdir və bu bütün regionun xeyrinə olacaq.

Bunu Rusiyanın baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşündən sonra bildirib.   

O, Suriyada vəziyyətin çox gərgin olaraq qaldığını qeyd edib: “Bununla belə, Rusiyanın mövqeyi ondan ibarətdir ki, Suriya böhranının nizamlanması və ölkənin gələcəyinin müəyyənləşməsi, ilk növbədə, ölkədaxili dialoq əsasında baş verməlidir”.      

“Bütün bunlar suriyalıların özlərinin nəzərdə tutduqları və hazırladıqları prosedurların daxilində baş verməlidir”, – deyə Medvedev qeyd edib.   (APA)