XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 10:07

Avropa Auditorlar Məhkəməsi:" Ukrayna Avropanın ən korrupsiyalaşmış ölkəsidir"

ukrayna-2

Avropa İttifaqının (Aİ) maliyyə yardımlarına baxmayaraq, Ukrayna Avropanın ən korrupsiyalaşmış ölkəsi olaraq qalır.

Bu barədə Avropa Auditorlar Məhkəməsinin məruzəsində bildirilir. Məruzədə qeyd olunur ki, qurumun 2007-ci ildən 2015-ci ilədək verdiyi dəstəyin məhdud təsiri olub.

Göstərilən yardım islahatların keçirilməsinə impuls versə də, əldə olunan nailiyyətlər “həssasdır”.

7 il ərzində Aİ korrupsiya ilə mübarizə, qaz sektoru və maliyyə idarəetməsi sahəsində islahatlara 11.2 milyard avro ayırıb. Ukraynanın üzləşdiyi problemlər islahatların keçirilməsinə təsir edir, sabiq və hazırkı oliqarxlarla  bağlı risklər isə yüksəkdir. Oliqarx  klanların iqtisadiyyat, siyasət və KİV nüfuzu güclü olaraq qalır.

"Bizim audit zamanı biz dövlət idarəetməsində islahatların aparılmasına güclü siyasi iradə müşahidə etdik. Lakin idarəetmə sistemində dəyişikliklər islahatları təhlükə altına aldı, aşağı əməkhaqqı isə korrupsiyaya yol açdı. Məqsədə nail olmaq üçün əlavə addımlara ehtiyac var", – Avropa Auditorlar Məhkəməsinin üzvü Şabolts Fazakas deyib.

Məruzədə rəsmi Kiyevə tövsiyələr də yer alıb. (APA)