XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 10:40

KİV:"Özbəkistanın yeni seçilən prezidenti ilk rəsmi səfərini Rusiyaya edəcək"

sovk%c9%99t

Özbəkistanın yeni seçilən prezidenti Şövkət Mirziyoyev dövlət başçısı kimi ilk xarici səfərini Rusiyaya edəcək.

Özbəkistan tərəfi rəsmi xarakter daşıyan bu səfərlə bağlı artıq hazırlıq işlərinə başlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitiri Peskov da Ş.Mirziyoyevin ilk rəsmi səfərini Moskvaya edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Özbəkistanda keçirilən prezident seçkilərindən sonra Ş.Mirziyoyev qələbə münasibətilə təbrik edib və onu Moskvaya rəsmi səfərə dəvət edib. 

Xatırladaq ki, dekabrın 4-də Özbəkistanda keçirilən növbədənkənar prezident seçkisində Ş.Mirziyoyev 88,61 faiz səs toplayıb.  (Report)