XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 12:33

Güclü qardan sonra Quba-Xınalıq yolundason durum

Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Azərtac xəbər verir ki, daha təhlükəli sayılan Quba-Xınalıq yoluna “Azəravtoyol” ASC-nin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən 20 kilometrədək hissəsi təmizlənib, əraziyə qum-duz qarşığı səpilib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Bu dəfə yağan qar Qubanın dağlıq ərazilərindən daha çox rayon mərkəzinə düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb.