XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 13:31

XİN:"Fransanın yeni daxili işlər naziri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib"

fransa

"Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır".

 Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-leqal səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq arzuolunmaz şəxslər siyahısına daxil edilir.

"Qanun qanundur və hamıya da eyni cür şamil olunur", – deyə XİN-in mətbuat katibi bildirib. (Report)