“Hillari Klinton Vaşinqtonda korrupsiyanın təcəssümüdür”
Texas ştatından senator, respublikaçı Ted Kruz 2016-cı ilin payızında keçiriləcək prezident seçkilərinə qatılacağını rəsmən təsdiqləyib.
Strateq.az xarici mətbuata isnadən bildirir ki, o, Twitter-ə 30 saniyəlik video yerləşdirməklə Amerikanın gənc mühafizəkarlarını ona dəstək verib ölkəni dirçəltməyə çağırıb: “Prezident vəzifəsinə namzidəliyimi irəli sürürəm və dəstəyinizə ümidvaram”.
44 yaşlı respublikaçı Barak Obama administrasiyasını dəfələrlə tənqid edib.
Qeyd edək ki, digər respublikaçılar – Florida ştatının keçmiş qubernatoru Ceb Buş, Viskonsin qubernaoru Skott Uoker və senatorlar Rend Pol, Mark Rubio da seçkiqabağı yarışa qoşulacaqlarını bildiriblər.
ABŞ-ın keçmiş dövlət katibi, demokrat Hillari Klinton da prezidentliyə namizəd ola bilər. Kruz onu “Vaşinqtonda korrupsiyanın təcəssümü” kimi səciyyələndirb.
Seçkiqabağı kampaniya artıq 2015-ci ildən start götürəcək.