XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 16:11

Gürcü ekspert:“Rusiya Qafqaza heç nə verməyib”

panfilov

Rusiyanın fəaliyyətində məntiq axtarmayın.

Bunu “Online.ua” saytına müsahibəsində gürcü ekspert Oleq Panfilov söyləyib. Ekspertin fikrincə, Rusiyaya bütün Cənubi Qafqaz lazımdır:

“İstənilən metropol kölə xalqları mədəniləşdirməyi bacarıb deyə bir şey yoxdur. Rusiya Qafqaza yaxşı heç nə verməyib. Sizə deyə bilərlər ki, onlar burada körpülər, yollar, zavodlar tikiblər. Bu zavodlar indi işləmir. Yollar və körpülər isə təbii prosesdir. Ona görə də Rusiyanın Qafqaz və ya Ukraynadakı fəaliyyətini məntiqlə izah etmək doğru deyil. Onlara Qafqazda lazım olan ən önəmli ölkə Gürcüstandır. Bu, bütün Cənubi Qafqazın ələ keçirilməsi üçün etibarlı plasdarmdır. Bir dəfə belə olub. XIX əsrdə Gürcüstanda böyük hərbi baza yaradıb, onu İran və Osmanlı imperiyalarına qarşı döyüşmək üçün istifadə ediblər”. (Axar.az)