Rusiya ABŞ rəhbərliyi altında keçiriləcək NATO raket əleyhinə müdafiə proqramında iştirak etməyi planlaşdıran Danimarkanı təhdid edib.
Axar.az xəbər verir ki, Rusiyanın Kopenhagen səfiri Danimarkanın bu proqramın nəticələrini dərk etmədiyini bildirib. Səfir bildirib ki, Danimarka bu proqramda iştirak edəcəyi halda bu ölkənin hərbi gəmiləri Rusiya nüvə raketlərinin hədəfi olacaq.
Rusiyalı səfir Danimarkanın bu addımı atmaqla Rusiyaya qarşı təhdidin bir hissəsi olacağını vurğulayıb.