XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 18:10

Binəli Yıldırım:“Bizsiz AB-nin gələcəyi yoxdur”

Binali

Avropa Birliyi anlamalıdır ki, Türkiyəsiz öz təhlükəsizliyini təmin edə bilməyəcək.

Bunu “RİA-Novosti” agentliyinə açıqlamasında Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib.

“Avropa Birliyi bizim xeyrimizə yox, öz gələcəyi naminə qərarlar qəbul edən zaman çox yaxşı fikirləşməlidir. Türkiyəsiz Avropa Birliyinin gələcəyi və təhlükəsizliyi mümkün deyil”, – deyə nazir jurnalistin sualını cavablandırarkən söyləyib.

Qeyd edək ki, Avropa Parlamenti bir müddət öncə Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların müvəqqəti dondurulması haqqında qərar qəbul edib. Bu, Ankara-Brüssel münasibətlərini ən gərgin vəziyyətə gətirib çıxarıb. (Axar.az)