XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 19:23

Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb –Səbəb

t-c-xin

Almaniyanın Türkiyədəki səfiri Martin Erdmann bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

Buna səbəb Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Ayşə Nur Bağçaqapılının Amaniyaya səfəri zamanı pasportunun oğurlanması nəticəsində yerli polis tərəfindən kobud rəftara məruz qalması və hava limanında saatlarla saxlanılmasıdır. 

Türkiyə XİN-də Almaniya səfirinə bununla bağlı etiraz notası təqdim edilib. 

Qeyd edək ki, A.Bağçaqapılının çantası Almaniyanın Köln şəhərində qaldığı mehmanxanda oğurlanıb və çantada pul, kredit kartı, pasport da olub. Türkiyəli vitse-spiker polisə gedərək hadisə ilə bağlı şikayət edib: “Konsulluğumuza getdim, müvəqqəti pasport aldım. Hava limanına gəldikdə, sözün əsl mənasında qalmaqalla üzləşdim. Polis məni saxladı. Müvəqqəti pasportu qəbul etmədilər. Bizi orada 45 dəqiqə saxladılar. Diplomatik pasportumun olduğunu söylədim. Konsulluğumuzla əlaqə saxlmalarını istədim. Nə dedimsə, “bizi maraqlandırmır” söylədilər. Sadəcə dinlədilər. Millət vəkili və sədr müavini olduğumu dedim. Ancaq dinləməklə kifayətləndilər. Uzun müddət məni orada saxladılar. Nəhayət, uzun araşdırmadan sonra bizi pasport yoxlanılan yerə gətirdilər”. (Report)