XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 05:25

İndoneziyada zəlzələdən ölənlərin sayı 97-yə çatdı –Rəqəmin daha da artacağı gözlənilir

indneziya-zelzele

İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, 613 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Təbii fəlakət nəticəsində 200-dən çox yaşayış evi, tədris müəssisəsi və məscid dağılıb.

Hazırda hadisə yerinə cəlb edilən 1000-dən çox xilasedici dağıntılar altında qalanları xilas etməyə çalışır. Ölkə rəsmiləri ölənlərin sayının artacağını istisna etmirlər.

Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib.