XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 09:29

İraqda hava zərbələri:60 nəfər ölüb

raq

İraq hərbi aviasiyasının endirdiyi hava zərbələri  nəticəsində İŞİD-in nəzarəti altında olan Əl-Kaym şəhərində 60 nəfər ölüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, həyatlarını itirənlərdən 19-u uşaq,  12-si isı qadınlardır.

Hava zərbələri İraqın qərbində, Suriya ilə sərhəddə yerləşən şəhərin mərkəzinə endirilib. Məlumata əsasən, İŞİD silahlılarının qərargahı və bir sıra yaşayış evlərinə ziyan dəyib.Terrorçuların itkisi barədə məlumat verilmir.

Qeyd olunur ki, bundan əvvəl terrorçuların Əl-Kaym şəhərindəki mövqelərinə ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya hava zərbələri yendirirdi. (APA)