XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 12:21

DTX-nın həbs etdiyi “reket jurnalist” seçki məntəqəsinin sədridir –MSK Habil Vəliyevlə bağlı məsələyə baxacaq

habil-2

Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 6-da keçirdiyi əməliyyatda saxlanılan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının (DSK) 6 saylı Seçki Məntəqəsində sədridir.

Strateq.az modern.az-a istinadən bildirir ki, bu barədə MSK-dan məlumat verilib. Bu həbsdən sonra Vəliyevin məntəqə sədrliyindən uzaqlaşdırılması məsələsinə baxılacaq.

Habil Vəliyevin Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərciyin 10-cu binasında 4 otaqlı mənzili də var.

Qeyd edək ki, Habil Vəliyev əslən Zəngilanın Həkəri kəndindir. Həmin mənzili də köçkün kimi qeydiyyata düşərək alıb. Amma 3 ildir mənzildə yaşayış olmamasına baxmayaraq, nədənsə reketçilikdə ittiham olunan “jurnalist”ə “Dövlətqaçqınkom” tərəfindən gözünün üstdə qaşın var deyən olmayıb.

Qeyd edək ki, Habil Vəliyev eyni zamanda "Yeni Əkinçi" qəzetlərinin, "Kanal M5", "M5 Pressa" və "Bakı TV" internet telekanalının rəhbəridir.