XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 12:32

DİN “Qarabağ”ın qapıçısı Emil Balayevin törətdiyi qəza ilə bağlı açıqlama verdi

DİN 51

Daxili İşlər Nazirliyi (DİN) "Qarabağ" futbol klubunun qapıçısı Emil Balayevin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumata görə, dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi "BMW" və Əbdülbağı Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Bağırov və sərnişinləri, arvadı Günel və oğlu Xalid xəstəxanaya yerləşdiriliblər. Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.