XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 16:26

DTX və DİN Badamdarda dini icmanı yoxlayıb –Qanunsuz ədəbiyyat və xurafat elementləri tapılıb

badamdar

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.

Teleqraf.com xəbər verir ki, baxış zamanı “Dini etiqad azadlığı haqqında” qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.  Adıçəkilən ünvandan DQİDK-nın müvafiq razılığının olmadığı 59 ədəd dini təyinatlı ədəbiyyat, 19 ədəd video-kaset, 27 ədəd DVD və 80 ədəd CD aşkar edilərək götürülüb. İcmada özündə xurafat elementləri ehtiva edən əşyalar aşkarlanıb.

 Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.