XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2016 - 16:42

“Nida”Hərəkatının üzvü Bayram Məmmədova 10 il həbs cəzası verildi

bayram

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Hökmə əsasən, Bayram Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.  Qeyd edək ki, dövlət ittihamçısı Bayram Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

 Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur.