XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2016 - 18:08

Elmar Məmmədyarov ATƏT-in sədri ilə görüşüb –FOTO

elmar-atet

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri (XİN) Şurasının 23-cü iclası çərçivəsində Almaniya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşüb.

 Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə ediblər və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.

 Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına ətraflı məlumat verib.

 Elmar Məmmədyarov etimad quruculuğu tədbirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb.

 Görüşdə həmçinin gündəlikdə olan digər məsələlər ərafında da ətraflı fikir mübadiləsi aparılıb.