XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 20:34

Parlamentlərarası dostluq qrupu yaradılır –Rusiya-Azərbaycan-Türkiyə

atr

"Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılması gündəmdədir".

Bunu "Parlamentskaya qazeta"da keçirilən Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan "Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı sərfəli əməkdaşlıq" adlı dəyirmi masada iştirak edən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

D. Savelyev Azərbaycanın Rusiya ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsində vasitəçi rolunu qeyd edərək deyib ki, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Türkiyəyə səfəri zamanı Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupu yaradılması məsələsinin müzakirə olunduğunu söyləyib: "Vladimir Jirinovski Türkiyə Parlamentində keçirdiyi görüşdə üç ölkənin parlament dostluq qruplarının birgə görüşlərinin keçirilməsini müzakirə edib. Türkiyə və Azərbaycan tərəfi də buna razılıq verib. Qrupun ilk iclasının Bakıda keçirilməsi planlaşdırılır".  (APA)