XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2016 - 11:40

Əbülfəs Qarayev Tbilisidə “Yaradıcı Gürcüstan” Forumunda iştirak edir

ebulfez-1

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tbilisidə keçirilən “Yaradıcı Gürcüstan” Forumunda iştirak edir

Strateq.az Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayev Gürcüstanın Tbilisi şəhərində dünən başlamış “Yaradıcı Gürcüstan” Forumunda iştirak edir. İki gün davam edəcək Forum Gürcüstanın Mədəniyyət və abidələrin qorunması Nazirliyi və Avropa İttifaqı tərəfindən birgə təşkil olunub.

Forumun açılışında Gürcüstanın Mədəniyyət və abidələrin qorunması naziri Mixeil Giorqadze, Təhsil və elm naziri Aleksander Jejelava, Avropa İttifaqının Gürcüstandakı səfiri Janos Herman və digərləri çıxış edib.

Nazir Əbülfəs Qarayev “Yaradıcı sənayelərin inkişafında sərhədsiz əməkdaşlıq” adlı 1-ci Regional sessiyada iştirak edərək müxtəlif suallara dair müzakirələrə qatılıb. Yaradıcılığın inkişafının nəinki mədəniyyətin, eləcə də iqtisadiyyatın, turizmin və bir çox digər sahələrinin  inkişafında rolunu qeyd edən nazir, Azərbaycanda  bu sahədə görülən işlərdən danışıb.
O, həmçinin Bakıda 2017-ci ildə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədlərindən danışıb və iştirakçıları Foruma dəvət edib.

Strateq.az