XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 11:49

Elmar Məmmədyarov GUAM-ın xarici işlər nazirlərinin iclasına sədrlik edib –Hamburqda

guam_081216_1

Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib.

Strateq.az XİN-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.

İclasda GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində İşçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşün sonunda iclasın protokolu təsdiq olunub.

İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib

Strateq.az