Gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 23800 ədəd “Manchester” markalı siqaretlər aşkar edilib.
Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn 3 nəfər, Azərbaycan Respublikası vətəndaşları özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.
Baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 23800 ədəd “Manchester” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Strateq.az