XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 12:03

İsrailə aparılmasına cəhd edilən qızıl-zinət əşyaları ölkədə qalıb

48cd0abf827d25c7d6ede75f4600989461b1682f

Strateq.az Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə zərgərlik məmulatının ölkə ərazisindən qanunsuz yolla aparılması barədə məlumat daxil olub. Bildirilib ki, Bakı-Tel-Əviv aviareysilə getmək istəyən İsrail Dövlətinin vətəndaşı təyyarəyə minərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. 

Yoxlama zamanı, vətəndaşın sinəsində yerləşdirdiyi kiçikhəcmli 4 ədəd polietilen paketlərdən 1 ədəd qolbaq, 1 ədəd üzük-sırğa cütü dəsti və 6 cüt sırğa aşkar edilib. 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən zərgərlik məmulatı kustar və zavod üsulu ilə istehsal olunub, 583, 585 və 750 əyarlı qızıldan hazırlanmış zinət əşyalarıdır və onların ümumi çəkisi 81,33 qram təşkil edir. 

 Faktla bağlı araşdırma  aparılır.

Strateq.az