XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 13:13

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti, Bakıda gecə 0-2° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin axşama doğru bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz  2° şaxtadan 3°-dək  isti olacağı gözlənilir.