Marin Le Pen: “Baş nazir Vals istefa verməlidir”
Fransada qanunvericilik məclisinə seçkilərdən sonra bülletenlərin, təxminən, 70%-nin hesablanmasından sonra ölkənin keçmiş prezidenti Nikola Sarkozinin sağ “Xalq hərəkatı uğrunda birlik” partiyası birinci yerdədir.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, partiya seçkilərin birinci mərhələsində hələlik 36,5% səs toplayıb. Marin Le Penin “Milli cəbhə”si 25,95% səslə ikinci yerdədir. Hakim sosialist partiyası 20%-ə yaxın səslə üçüncü yeri tutur.
Millətçilərin lideri Marin Le Pen artıq bildirib ki, baş nazir Vals istefa verməlidir, çünki partiyası “olduqca aşağı nəticə” göstərib.