XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 17:06

Zakir Həsənov səfiri qəbul etdi –Müzakirə + FOTO

zakir-macar

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər 2017-ci ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın ölkəmizdəki səfirliyindən Macarıstanın Bakıdakı səfirliyinə keçməsini və gələcək fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər.

Bundan əlavə, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası, hərbi əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.

Müdafiə naziri diplomata Azərbaycanın NATO, eləcə də Macarıstanla əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Səfir də öz növbəsində Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.