XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2016 - 17:36

Bakıda uçqun olub,xəsarət alanlar var

xestexana-tecili

Bakıda uçqun olub.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində qeydə alınıb. Güclü külək yol kənarındakı hasarı uçurub. Nəticədə ərazidə işləyən “Azəriqaz”ın işçiləri – 1968-ci il təvəllüdlü Ədalət Əliyev, 1986-cı il təvəllüdlü Natiq Mustafayev və 1965-ci il təvəllüdlü Hücaət Hüseynov xəsarət alıb.

Yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərləri isə orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA