"Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir."
Bunu jurnalistlərə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dünyada daha çox göstərmək lazımdır: "Beynəlxalq aləmdə bununla bağlı az bilirlər. Biz bu məsələ barədə dünya ictimaiyyətinin daha çox bilməsi üçün birlikdə addımlar ata bilərik."
Səfir bildirib ki, NATO-nun Azərbaycandakı əlaqələndiri səfirliyi mandatını başa vuran Rumıniyanın Bakıdakı səfirliyi ölkədə çoxlu işlər görüb: "Müvafiq mandatı yerinə yetirəcək Macarıstan səfirliyi işləri daha da genişləndirməyə çalışacaq." (Report)