XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 23:56

Rəsmi Ankaradan ABŞ-a mesaj:"Türkiyəni hədəf alan terror qruplaşmalarına silah verməyin”

turkish flag 554

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın terror qruplaşmalarına silah ötürməsi ilə bağlı açıqlama yayıb.

Rəsmi Ankara “Suriyalı müxaliflər” adı altında terrorçuların silahlandırılmasını əsla qəbul etmədiyini bildirib.

“Məsələ ilə bağlı həssaslığımız yenidən xatırladıldı. Türkiyəni hədəf alan terror qruplaşmalarına silah verməyin”, – bəyanatda bildirilib.

Qeyd edək ki, ABŞ hərbi dairələrinin Suriyada fəaliyyət göstərən radikal qruplaşmalara yenidən silah ötürməsi barədə məlumatlar yayılıb.

Axar.az