Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber cümə günü Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.
Görüşdə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə addımlar müzakirə olunub.
G.Zalber münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını və Aİ-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini bildirib. (Report)