XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 02:42

“Reuters”:"Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq"

sactions

Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadacaq.

Bu barədə “Reuters” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb. 

“Heç bir şübhə yoxdur ki, sanksiyaların müddəti uzadılacaq. Çox güman ki, bu, dekabrın 20-dək baş tutacaq”, deyə mənbə bildirib.

Qeyd edək ki, dekabrın 15-16-da Brüsseldə Avropa İttifaqının sammiti keçiriləcək. Tədbir çərçivəsində Fransa və Almaniya liderləri Ukraynadakı son vəziyyətlə bağlı sammit iştirakçılarını məlumatlandıracaqlar. Sanksiyalar əsasən maliyyə, müdafiə və energetika sahələrini əhatə edir.

APA