XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2016 - 10:16

MKİ-nin gizli hesabatı:“Trampa Rusiya kömək edib”

cia

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli hesabatında Rusiyanın ölkədəki prezident seçkilərinə müdaxilə etdiyi və Donald Trampa qələbə qazanmağa kömək etdiyi haqqında informasiya yer alıb.

Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet kəşfiyyatın artıq Rusiya hökuməti ilə əlaqəli olan və “Vikiliks” saytına məlumat ötürən şəxsləri müəyyən etməyi bacardığını bildirib.

“Vaşinqton Post”un məqaləsinə Trampın komandası da cavabını gecikdirməyib:

“Bu informasiyanı yayan o şəxslərdir ki, bir zamanlar Səddam Hüseynin də kütləvi qırğın silahlarına malik olduğunu bildirirdilər. Seçki çoxdan başa çatıb. Artıq irəliyə getmək və Amerikanı yenidən böyük etmək vaxtı çatıb”.  (Axar.az)