XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 Mart 2015 - 09:48

Amerika genetikləri mamontların dirildiləcəyini elan etdilər

Alimlərin hamısı mamontların dirildilməsini dəstəkləmir

Аmerika genetikləri elmi açılışdan xəbər veriblər: onlar nəsli kəsilmiş mamontların 14 genini filin DNT-sinə yerləşdirməyə nail olublar. Strateq.az xarici KİV-ə isnadən bildirir ki, elmi heyətin rəhbəri Corc çerç alimlərin CRISPR genomundan redaktə aləti kimi istifadə etdiyini bildirib: “Biz əvvəlcə orqanizmin aşağı temperaturda sağ qalmasına cavab verən yun örtüyü, iri qulaq, dərialtı piy qatı və hər şeydən əvvəl, hemoqlobin genləri üzərində işlədik. Hazırda əlimizdə mamont DNT-si fraqmentli sağlam fil hüceyrələri var”.

Lakin alimlərin hamısı mamontların dirildilməsini dəstəkləmir. Qədim DNT üzrə ekspert, professor Aleks Qrinvud bildirib: “hazırda artıq Afrika və Hindistan filləri nəsil kəsilmə təhlükəsi qarşısındadır. Diri növləri məhv olmaqdan qoruya bilmiriksə, o dünyadan daha bir fili qaytarmaq nəyə lazımdır? Minlərlə il öncə yox olmuş heyvanları diriltməkdənsə pulu əlmizdə olan heyvanların müdafiəsnə sərf etmək daha yaxşıdır”.