XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 14:41

Qəbələdə X Yüksək Səviyyəli Toplantınınaçılışı olub

Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantının açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitə sədri Nazim ibrahimov il ərzində NGBM tərəfindən görülmüş işlərin öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Bugünkü toplantının məhz Qəbələ şəhərində keçirilməsinin təsadüfi olmadığını söyləyən N.İbrahimov Azərbaycanın Bakıdan başqa digər şəhər və bölgələrinin də inkişaf etdiyini nəzərə çatdırıb. “Bügünkü tədbirin Qəbələdə keçirilməsi bir daha sübüt edir ki, Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin paytaxtı deyil, hər bir şəhəri, kəndi inkişaf edir”.

Komitə sədri İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Səragəldinə Azərbaycan şairi Nizami Gəncəvi irsinin təbliğində göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın görkəmli incəsənət xadimlərinin ifasında Nizami Gəncəvinin bəzi poemalarından parçalar səsləndirilib.

Açılış mərasimində çıxış edən Latviyanın sabiq dövlət başçısı, NGBM həmsədri Vayra Vike-Frayberqa qonaqları salamlayaraq, dekabrın 10-da keçiriləcək panel iclaslarının qısa məzmunu barədə məlumat verib. Qəbələ şəhərinin xüsusi gözəlliyə malik olduğunu vurğulayan xanım Frayberqa 2 gün ərzində Madrid Klubunun iclaslarının bu şəhərdə keçirildiyini bildirib. Bundan əlavə o, çıxışında xalqlar arasında tolerantlıq, dünyada baş verən siyasi proseslər və bu proseslərlə bağlı olan məsələlərə toxunub.

Niderlandın saiq Baş naziri Vim Kok isə zorakı ekstremizmin fəsadlarından danışaraq bildirib ki, terrorizmin qurbanları daha çox qadınlar və uşaqlar olur. O həmçinin, son aylar Avropaya güclü miqrasiya axınının, ABŞ-da keçirilən prezident seçkilərinin dünyaya təsirindən söhbət açıb.

Serbiyanın sabiq prezidenti Boris Tadiç çıxışında dünya siyasətinin texnoloji proseslərə uyğun olaraq dəyişikliyə məruz qalmasından, demokratiyanın hazırkı durumundan danışıb. “Bu gün demokratik qaydalar, demokratik dəyərlər dünyada baş verən situasiyalara uyğun şəkildə dəyişir. Bu gü bizi düşündürən əsas məsələ artan zorakı ekstremizmin qarşısını almaq üçün hansı qaydaları qəbul etməli olmağımızdır. İndi dünyada baş verən situasiyaları əvvəlkindən daha çox analiz etməliyik”-deyə sabiq prezident vurğulayıb.

İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış edərək dünyada baş verən terror hadisələrinin əhatə etdiyi coğrafiyanın daha da genişləndiyini söyləyib.

Qeyd edək ki, dekabrın 10-11-də davəm edəcək tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir.