Suriyanın Homs əyalətində yerləşən Et-Tifor hərbi aerodromunun yaxınlığında hökumət qüvvələrinə məxsus “MİQ-23” qəzaya uğrayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb texniki nasazlıq olub.
Məlumata görə, qəza nəticəsində pilot xəsarət almayıb.