XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2016 - 08:54

Prezident sarayını partlatmaq planının qarşısı alınıb –İndoneziyada

police-2

 İndoneziyanın xüsusi təyinatlı polis dəstəsi prezident sarayında partlayış hazırlamağı planlaşdırmaqda şübhəli bilinən 3 terrorçunu həbs edib.

Bu barədə "Jakarta Post" paytaxt polisinin rəsmi nümayəndəsi Arqo Yuvonoya istinadən məlumat yayıb.

Məlumata görə, onlar paytaxt Cakartanın şərq hissəsindəki Bekasi şəhərətrafısında saxlanılıblar. "Onlar dövlət başçısının mühafizəçilərinin dəyişməsi mərasimi zamanı prezident sarayında bomba partlatmağı planlaşdırırdı", – deyə "Jakarta Post" polis rəsmisindən sitat gətirib.

İndoneziya prezidentinin iqamətgahı hər ayın ikinci bazar günü mühafizəçilərin dəyişməsini görməyi arzu edən şəxslər üçün açılır.

Polisin sözlərinə görə, terrorçular üç kiloqram güclü partlayıcı maddədən istifadə etmək istəyiblər. "Əgər o işə düşssəydi, onda 300 metr radiusunda hər şeyi dağıda bilərdi", – deyə Yuvono əlavə edib.  (Report)