XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2016 - 09:22

BMT-nin baş katibi:"Türkiyə hökumətinə və xalqına başsağlığı veririk"

ban-ki-mun

 BMT-nin baş katibi Pan Gi Mun Türkiyənin İstanbul şəhərində şənbə günü baş vermiş və onlarla insanın həlak olduğu terror aktını pisləyib.

BMT rəhbəri yazılı bəyanatda terror qurbanlarının ailələrinə başsağlığı verib və hadisəyə görə məsuliyyət daşıyanların ədalətə cəlb ediləcəyinə ümidini ifadə edib.

"BMT-nin baş katibi həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığını ifadə edir, həmçinin yaralananların qısa müddətdə sağalmalarını arzu edir. O ümid edir ki, terror aktının müqəssirləri tezliklə müəyyənləşdiriləcək və ədalətə cəlb ediləcək", – deyə rəsmi məlumatda qeyd edilir.

Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışlarda 29 nəfər ölüb. Hadisə zamanı həmçinin 166 nəfər xəsarət alıb. 

Hadisəni törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  (Report)