XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2016 - 11:45

Azərbaycan XİN:"Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq"

xin

İstanbulun Beşiktaş rayonunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir", – deyə XİN-dən bildirilib.

Qeyd edək ki, İstanbulun mərkəzi rayonu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.  (Trend)