Bu gün Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki xristian kilsəsi yaxınlığında baş verən partlayış nəticəsində ən azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə yerli polisə istinadən "Əl-Yaum əs-Sabia" qəzeti məlumat yayıb.
Partlayış kopt məbədinin kafedral kilsəsi yaxınlığında baş verib.
Türkiyənin "Anadolu" agentliyi ilkin ehtimala görə, terror aktı nəticəsində 20 nəfərin öldüyünü və 30 nəfərin yaralandığını xəbər verir. (Report)