XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2016 - 15:40

İran XİN:"Türkiyədə baş vermiş qanlı terror aktını şiddətlə qınayırıq"

iran-xin

İran İslam Respublikası İstanbulda baş vermiş terror aktını şiddətlə qınayaraq, bir daha dünya birliyini terrora qarşı mübarizədə birləşməyə çağırır.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi dekabrın 11-də mətbuata verdiyi yazılı açıqlamada bildirib.

Açıqlamada qeyd olunur ki, Türkiyə dost və qardaş ölkədir və burada törədilən terror hadisəsi İranı narahat edir. Hazırda terrorçuluq bütün ölkələr üçün bir təhdiddir, insanların ölümünə səbəb olan terrora qarşı mübarizə yalnız beynəlxalq əməkdaşlıq nəticəsində səmərəli ola bilər.

Xatırladaq ki, bu gün İstanbulda törədilən terror aktında 38 nəfər həlak olub, 155-dən çox insan yaralanıb.  (Azərtac)