XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2016 - 20:39

FSG:"2018-ci ildən etibarən Azərbaycan iqtisadiyyatını stabil artım gözləyir"

fsg

Azərbaycan iqtisadiyyatı 2018-ci ildən başlayaraq 2021-ci ilin əvvəlinə qədər 1-2 faiz səviyyəsində sabit artımını davam etdirəcək.

Bu barədə Vaşinqtonun "Frontier Strategy Group" konsaltinq şirkətinin bazar günü açıqlanan analitik hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, 2017-ci ilin büdcəsi neftin bir barelinin orta illik qiyməti 40 dollar nəzərdə tutulmaqla konservativ model üzrə formalaşdırılıb. Həmçinin bildirilir ki, hökumət hər il öz xərclərini 5 faiz səviyyəsində azaltmağa başlayacaq.

"Frontier Strategy Group"un proqnozuna görə, daxili və idxal məhsullarının cəmləşdirilməsi Azərbaycan iqtisadiyyatının artımına səbəb olacaq və bu çərçivədə artıq bir sıra idxal mallarının rüsumu artırılıb.  (Report)