XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2016 - 20:59

Misir Səhiyyə nazirliyi:"Qahirədə terror aktı nəticəsində 23 nəfər ölüb, 49 nəfər yaralanıb"

misir-2

Qahirənin Abbasiyə rayonunda kopt kilsəsində törədilən partlayış nəticəsində 23 nəfər ölüb, 49 nəfər  yaralanıb.

Bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Bundan əvvəl müxtəlif KİV-lər 28 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdilər.

Misir prezidenti Əbdülfəttah əs-Sis  terror aktı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Qeyd edək ki, xristan koptlar Misir əhalisinin 10 faizini təşkil edir. Təkcə Qahirədə 163 kopt kilsəsi var.