XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2016 - 23:46

Rumıniyada parlament seçkiləri:Sosial-Demokrat Partiyası qalib gəlib

ruminya-2

Bakı vaxtı ilə saat 23-də Rumıniyada keçirilən parlament seçkiləri başa çatıb.

Rumıniyanın nüfuzlu “Avangarde” sosial araşdırma agentliyi keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Nəticələrə görə, Sosial-Demokrat Partiyası (PSD) 45,5 faiz səs toplayaraq parlament seçkilərinin qalibi olub. Milli Liberal Partiyası (PNL) 21,7 faiz, Rumıniyanı Qoru Birliyi (USR) isə 8,5 faiz səs toplaya bilib.

Rumıniyada Senat və Deputatlar Palatasına keçirilən seçkilərdə 6 min 500 namizəd 466 mandat uğrunda mübarizə aparıb.  (Report)