XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2016 - 23:55

Kadırovdan Ərdoğana çağırış:"Çeçen terrorçuları bizə verin"

kadirov

Çeçenistan lideri Ramzan Kadırov İnstaqram səhifəsində növbəti dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edərək çeçen terrorçuların təhvil verilməsini istəyib.

Kadırov qeydində əvvəlcə İstanbulda baş verən terror aktı ilə bağlı başsağlı verib.

“Çeçen xalqı terrorçuların necə təhlükəli olduğunu bilir. Çeçenistanda baş verən bir çox terror olaylarının iştirakçıları hazırda Türkiyədədir. Mən dəfələrlə Türkiyə hakimiyyətinə müraciət edərək bu şəxslərin Rusiyaya təhvil verilməsini istədim. Bu gün də təkrar sizə çağırış edirəm. Mən qəti şəkildə əminəm ki, onlarla sərt davranmaq və onların anladığı dildə danışmaq lazımdır”, – Kadırov bildirib.

Qeyd edək ki, bundan öncə Kadırov 5 noyabrda Türkiyədə saxlanılan 3 çeçen terrorçunun təhvil verilməsini istəmişdi.  (Axar.az)