XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2016 - 01:41

Rusiya XİN:"Rusiya və ABŞ Hələbdən silahlıların çıxarılmasına dair razılığa gələ bilməyiblər"

flag33

Rusiya və ABŞ Hələbdən silahlıların çıxarılmasına dair razılığa gələ bilməyiblər.

Bu barədə “İnterfaks” agentliyinə Rusiya XİN-dəki diplomatik mənbə bildirib.

“Sənədi qəbul etmək hələ ki, mümkün olmayıb. Mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək”, deyə mənbə bildirib.

Bildirilir ki, ABŞ tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasını təkid edir, Rusiya isə bu şərti qəbuledilməz hesab edir. Suriya böhranı ilə əlaqədar Rusiya və ABŞ diplomatları arasında danışıqlar İsveçrənin Cenevrə şəhərində baş tutub.  (APA)