XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 10:45

Çin ABŞ-ı hədələdi:“Düşmənlərinizə silah tədarük edərik”  

ts

ABŞ prezidenti seçilmiş Donald Trampın administrasiyası “vahid Çin” siyasətini gözləməsə və Tayvanla münasibətləri inkişaf etdirsə, ÇXR Birləşmiş Ştatların düşnmənlərinə silah satışına başlaya bilər.

Strateq.az xəbər verir ki, bu haqda bu gün Çinin ingilisdilli The Global Times qəzetində dərc edilmiş məqalədə deyilir.

“Tramp sadəlövhcəsinə hesab edir ki, Çindən iqtisadi mənfəət əldə etmək üçün “vahid Çin” siyasətindən kozır kimi yararlana bilər. Vaşinqton Tayvana silah satsa, Pekinin onu öz tərəfdaşı saymağa heç bir əsası olmayacaq. Pekin Trampın fitnəkarlığına cavab olaraq ABŞ-a düşmən qüvvələrə dəstək və hətta silah təklif edə bilər”.

Nəşr yazır ki, Tayvan hökuməti “Trampı öz radukal siyasətinin piyadası etdiyi üçün təəssüflənə bilər. Yeni seçilmiş prezident diplomatik təcrübə çatışmazlığından səhv buraxa bilər. O, başa düşmür ki, ABŞ-ı bu cür təhlükəli oyuna cəlb etmək necə qorxuludur”.