"Dekabrın 11-də Qırğızıstanda keçirilən konstitusiya üzrə referendum azad və açıq şəraitdə baş tutub".
Bunu MDB İcraiyyə Komitəsinin nümayəndəsi Yevgeni Sloboda deyib.
Onun sözlərinə görə, müasir texnologiyalardan istifadə referendum üzrə səsvermə prosesini şəffaf edib və vətəndaşların onun nəticələrinə inamını artırıb.
Qeyd edək ki, MDB missiyası tərkibində Azərbaycan nümayəndələri də referendumun monitorinqində iştirak ediblər.
Xatırladaq ki, dekabrın 11-də Qırğızıstanda keçirilən referendumda vətəndaşların 42,09%-i iştirak edib. Onlardan 79,59%-i əsas qanuna dəyişikliklər edilməsinin lehinə səs verib.
Qırğızıstan Konstitusiyasına dəyişikliklər 2017-ci ildə qüvvəyə minəcək. (Report)