XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 10:48

Əməkdar rəssam İsmayıl Məmmədov vəfat edib

ismayil

Əməkdar rəssam İsmayıl Məmmədov dünyasını dəyişib.

Bu barədə məlumatı xalq rəssamı Arif Hüseynov verib. Onun sözlərinə görə, İsmayıl Məmmədov dekabrın 11-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Bakıda dəfn ediləcək.

Qeyd edək ki, rəssam İ. Məmmədov 1948-ci il mart ayının 31-də Bakıda doğulub. İlya Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib.

1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı olub.

İsmayıl Məmmədova 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı verilib.   (APA)

Allah rəhmət eləsin!