XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2016 - 10:51

HDP-nin Ankara və İstanbul təşkilatının sədrləri tutulub –Terrorla əlaqədar

hdp

Türkiyədə PKK terror təşkilatının siyasi qanadı hesab olunan Xalqların Demokrat Partiyasının (HDP) rəhbərliyində təmsil olunan şəxslər həbs edilib.

Ankara, İstanbul və Adana şəhərlərində əməliyyat keçirilib. Ümumilikdə, terror şübhəsi ilə partiyanın 62 üzvü  saxlanılıb. Saxlanılanlar adasında HDP-nin İstanbul vilayət təşkilatının sədri Aysel Güzel, Ankara vilayət təşkilatının sədri İbrahim Binici, Adana vilayət təşkilatının həmsədrləri Hüseyn Beyaz və Gülseren Tural da var.

Qeyd edək ki, dekabrın 10-da İstanbulda “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 39 nəfər həlak olub, 155 nəfər yaralanıb.  (APA)