Bakıda yaşayış binası yanır.
Hadisə paytaxtın Rəşid Behbudov küçəsində, 8 saylı məktəbin qarşısında yerləşən yaşayış binasında qeydə alınıb. Binadakı evlərdən birində baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib. (APA)
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
***
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Yanğın az ərazini əhatə edib və qarşısı alınıb.