XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 16:21

Ekstremist fəaliyyətlə məşğul olan dini qurumlar ləğv olunacaq –SƏRƏNCAM

ilham-eliyev-imzalama

Azərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

“Dini etiqad azadlığı haqqında” qanunun 12-1-ci maddəsinə “dini ekstremist fəaliyyətlə məşğul olma” məzmunlu 3-1-ci bənd, habelə “Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir” məzmunlu hissə əlavə edilib.

 Qeyd edək ki, dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəminində milli, irqi ayrı-seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrumetmə sanksiyalarını əhatə edir.

Strateq.az